“Səyyar ASAN” Qubada


20:48     18 Yanvar 2016 asan%20lokbatan0.jpg

Səyyar “ASAN xidmət” 5 yanvar tarixindən başlayaraq Quba rayonunda fəaliyyətini davam etdirir.


Femida.azxəbər verir ki, Səyyar “ASAN xidmət” Quba sakinlərinə fevralın 3-dək xidmət göstərəcək.

Xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi aiddir.

Bundan əlavə, “ASAN xidmət”dən yararlanaraq daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsini, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsini də tez bir zamanda həyata keçirmək mümkündür.

Şimal bölgəsinin sakinləri Quba şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında fəaliyyət göstərən səyyar “ASAN xidmət”ə bazar və bayram günləri istisna olmaqla, saat 10-dan 18-dək müraciət edə bilərlər.

Açar sözlər:

Oxunub: 807


Oxşar xəbərlər