“WhatsApp” ödənişsiz oldu


21:33     18 Yanvar 2016 watsap.jpg

Dünyanın tanınmış “WhatsApp” messenceri bundan sonra pulsuz olacaq.


lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, bu barədə əlavənin rəsmi bloqunda deyilir.

Son vaxtlara qədər messencerin pulsuz versiyası istifadəçilərə yalnız bir il müddətinə təqdim edilirdi. Bundan sonra isə “WhatsApp” istifadəçilərdən növbəti 1 il üçün 1 dollar ödənilməsini xahiş edirdi.

“Uzun illərdir istifadəçilərimizdən messencerin bir illik istifadəsi bitdikdən sonra ödəniş etməyi xahiş edirdik. Artıq biz böyümüşük və anlamışıq ki, belə yanaşma gözlənilənlərə cavab vermir. Bunun üçün də ödənişdən imtina etdik”, - deyə şirkətin rəsmi nümayəndələri bildirib.

Dəqiqləşdirilir ki, bir çox istifadəçilərin xidmət haqqını ödəmək üçün müvafiq ödəniş kartı yoxdur. Hazırda 1 milyarda yaxın insan “WhatsApp” istifadəçisidir.

Əvvəllər ödəniş edildikdən sonra messencerdə cansıxıcı reklamlar göstərməyə son qoyulurdu. Bir qədər əvvəl isə “WhatsApp” nümayəndələri bildirib ki, ödənişdən imtina etmək əlavədə reklamın olması demək deyil.

Xatırladaq ki, “WhatsApp” 2013-cü ildən ödənişli olub. Sonradan messencer “Facebook” tərəfindən 19 milyard dollara satın alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1236