Bakıda pasiyent burun əməliyyatı zamanı ölüb


17:17     01 İyul 2022 hekim_348686787.jpg

Bakıda xəstəxanalardan birində xəstə əməliyyat masasında dünyasını dəyişib.

"Report"un Muğan bürosunun məlumatına görə, əslən Biləsuvar rayonundan olan, Bakı şəhərində yaşayan 50 yaşlı Əhməd Kazımov burun əməliyyatı zamanı vəfat edib.

Mərhum Biləsuvar rayonunun Amankənd kəndində dəfn olunub.

Qohumlarının iddiasına görə, Ə.Kazımov həkim səhlənkarlığı nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 272