Quldurluqla məşğul olan şəxslər tutuldu - FOTO


14:59     08 Aprel 2015 hebs7.jpg


Nizami polisi rayon ərazisində quldurluqla məşğul olan şəxsləri saxlayıb.


APA TV-nin məlumatına görə, paytaxt  sakini Taleh Ağayevə qarşı quldurluq hadisəsi rayonun Çobanzadə 35 ünvanında qeydə alınıb. 

Belə ki, Ramazanov Sarvan və Şəfiyev Şahin əlbir olaraq yolda piyada gedən Taleh Ağayevin qarşısını kəsiblər. Daha sonra Taleh Ağayevi döyərək boğazına bıçaq dirəyib iki mobil telefonunu əlindən alaraq qaçıblar.
 
Taleh Ağayev quldurluqla bağlı polisə müraciət edib.
 
Nizami polisinin apardığı əməliyyat-axtarış tədbirləri zamanı hər iki şəxs saxlanılaraq polis idarəsinə gətirilib. İlkin ifadələri zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
 
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. ()

Femida.az 

Açar sözlər:

Oxunub: 886


Oxşar xəbərlər