“Əmanətlərin sığortalanması haqqında” qanuna DƏYİŞİKLİK


18:42     19 Yanvar 2016 manat_180215-pic4_zoom-1000x1000-31039.jpg

Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) iştirakçı banklarının ödədiyi əlavə haqların faiz dərəcəsi dəyişdirilib.


Femida.az-ın məlumatına görə, bu haqda Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Əmanətlərin sığortalanması haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsininin müzakirəsi zamanı məlumat verilib.

Qeyd edilib ki, iştirakçı bankların ƏSF-ya ödədiyi əlavə haqlar 0,2%-dən 0,1%-ə azaldılır. Belə ki, hazırda kompensasiyaların ödənilməsi üçün Fond tərəfindən borc vəsaitləri cəlb edildikdə iştirakçı banklar Fondun öhdəlikləri tam yerinə yetirilənədək təqvim haqları ilə yanaşı əlavə haqlar ödəyir. Əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,2%-i həcmindən çox olmamaq şərtilə ödənilir.

Dəyişikliyə əsasən, dəbbə pulu sığorta haqlarının ödənişinin hər bir gecikdirilən günü üçün əvvəlki hesabat dövründə iştirakçı bank tərəfindən ödənilmiş sığorta haqlarının 0,5%-i həcmində hesablanır.

Qeyd edək ki, hazırda dəbbə pulu sığorta haqlarının ödənişinin hər bir gecikdirilən günü üçün əvvəlki hesabat dövründə iştirakçı bank tərəfindən ödənilmiş sığorta haqları Mərkəzi Bankın uçot dərəcəsinin 1/360 hissəsinə hasil edilməklə hesablanır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Açar sözlər:

Oxunub: 1209


Oxşar xəbərlər