Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub


09:47     11 Oktyabr 2022 22_10_11_1665465520.jpg

Oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Femida.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 12204