Mingəçevir evdə qadın meyiti tapılıb


11:34     01 Fevral 2023 2023/02/qadin-meyitis_1675237020.jpg

Mingəçevir şəhərində evdə 65 yaşlı qadın meyiti tapılıb.

Femida.az-ın məlumata görə, bu gün səhər saatlarında şəhər ərazisində yerləşən evlərin birində 1958-ci il təvəllüdlü Pərvanə Hüseynovanın meyiti aşkarlanıb.

Əraziyə hüquq-mühafiəz orqanlarının əməkdaşları gəlib.

İlkin araşdırma zamanı məlum olub ki, qadının üzərində zorakılıq əlamətləri yoxdur.

Onun ürək çatışmazlığından öldüyü bildirilir.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 9695