“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən maarifləndirici çarx çəkilib


14:06     24 Mart 2023 2023/03/336681639_2532613993563899_6798380833183098225_n_1679652641.jpg

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan
“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan
Gənclər Fondunun maliyyə dəstəyi ilə “Narkotikin başlanğıcı sənin sonundur!” adlı
maarifləndirici çarx çəkilmişdir.
Sosial çarxın əsas məqsədi ölkə əhalisini, xüsusilə müstəqil həyata yeni başlayan
gəncləri narkomaniya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və s. barədə
maarifləndirməklə, onların vətənpərvər və sağlam ruhda böyümələrinə yardımçı olmaqdır.
Layihənin davamı olaraq, Bakı şəhərindəki 229 nömrəli, Sumqayıt şəhərindəki 23
nömrəli və Abşeron rayonunun Xırdalan şəhərindəki 5 nömrəli tam orta məktəblərdə
narkomaniya və onun fəsadları barədə maarifləndirici tədbirlər keçirilmiş, çəkilən sosial
çarxın təqdimatı olmuşdur.
Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin
direktoru Nihad Hüseynli, “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin direktoru Şahin
Hüseynov, Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya
üzrə fəlsəfə doktoru Ceyhun Alıyev, məktəblərin rəhbərliyi və müəllimlər çıxışlar etmişlər.
Tədbirlərdə bu bəlanın yayılmaması üçün narkotik və psixotrop maddələrdən
istifadənin mənfi təsirləri barədə hər kəsin, əsasən də valideynlərin və müəllimlərin
yeniyetmə və gənclər arasında maarifləndirmə işinin daha ciddi aparılması vurğulanmışdır.





Açar sözlər:

Oxunub: 7946


Oxşar xəbərlər