"Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR


22:10     19 Avqust 2023 2023/08/369033380_1490394345120136_8800823359456666588_n_1692468724.jpg

"Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala və ya tikdirə bilərlər".


Femida.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Bu qərara müvafiq olaraq Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin kollektivi də Pedaqoji Şuranın qərarına əsasən 4 vahid geyim formasından birini seçib.

Məktəbin direktoru Gözəlova Səbinə Mikayıl qızı məktəblərdə vahid formanın tətbiq edilməsini yüksək qiymətləndirirərək bildirib ki, valideynlər formanı istədikləri satış məntəqələrindən ala və ya tikdirə bilərlər:

"Bütün məktəblər üzrə vahid geyim forması şagirdlərdə nizamlı görünüşü təmin edir və sosial bərabərliyi formalaşdırır".

Açar sözlər:

Oxunub: 20131