Sosial müavinətlərin məbləği artırıldı


21:52     19 Yanvar 2016 7a4cdc36fc2032dce36ba4eb69a476e8524.jpg

Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərman imzalayıb.


Femida.az xəbər verir ki, sənədə əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanı ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Açar sözlər:

Oxunub: 905