Obama Ərdoğana başsağlığı verdi
13:12 20 Yanvar 2016
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun amerikalı həmkarı Barak Obama arasında telefon danışığı olub.
Bu barədə “Hurriyet”ə Türkiyə prezidenti administrasiyasındakı mənbə bildirib.
Məlumata görə, Obama Ərdoğana İstanbulda və Diyarbəkir əyalətində törədilən terror aktlarında həlak olanlarla bağlı başsağlığı verib. Mənbənin məlumatına görə, ölkə liderləri İŞİD və PKK terror qruplaşmaları ilə mübarizəni davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər.
Qeyd edək ki, yanvarın 24-də ABŞ vitse-prezidenti Cozef Bayden Türkiyəyə səfəri planlaşdırılıb. Səfər çərçivəsində Bayden Ərdoğan və XİN rəhbəri Əhməd Davudoğlu ilə görüşəcək. Danışıqlarda Türkiyə-ABŞ əlaqələri, terrorçuluqla mübarizə məsələləri müzakirə ediləcək. (Apa)
Oxunub: 1145
Oxşar xəbərlər
- Obamanın Trampa yazdığı maraqlı məktub ələ keçdi
- Obama Trampın telefonuna qulaq asırmış
- Obama siyasətə qayıdır
- Obama Fransa prezidenti olacaq?
- Obamanın qızı Trampa etiraz etdi - FOTO
- Obama Fələstinə 221 milyon göndərib - Prezidentliyinin son saatlarında
- Obama Vaşinqtonu tərk etdi
- Obamanın 5 milyonluq yeni evi - FOTOLAR
- Obama Rusiyaya qarşı sanksiyaları bir il də uzatdı
- Obama Baydenə ABŞ-ın ali mükafatını verdi