53 yaşlı kişi intihar etdi


15:21     08 Aprel 2015 intihar5.jpg

İmişli sakini özünü asaraq intihar edib.


Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, İmişli rayonunun Əliqulular kənd sakini, 1962-ci il təvəllüdlü Zalov Rəşid Sultan oğlunun meyiti yaşadığı evin həyətində üzüm çardağından asılmış vəziyyətdə qohumları tərəfindən aşkar edilib.

 

İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

 

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.


Femida.az 

Açar sözlər:

Oxunub: 1800