“Əlavə gəlir mənbələri tapılmalıdır” - Samir Şərifov


15:04     20 Yanvar 2016 Samir%20Sherifov2%20-%20MN_25.jpg

"Büdcənin xərclər hissəsində lazımı düzəlişlər ediləcək".


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib. Nazir bildirib ki, ilk növbədə manatın yeni məzənnə siyasəti ilə bağlı qiymət artımının təsirinin əhalinin ən həssas qrupları üçün azaldılması və yumşaldılması üçün müəyyən sosial imtiyazlar nəzərdə tutulur:

"Bununla əlaqədar dövlət başçısının xüsusi tapşırığı var və tapşırığa uyğun olaraq, büdcədə də müvafiq düzəlişlər olunacaq".


Nazir deyib ki,Azərbaycanda sosial təminatın gücləndirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində dəyişilik edilməsinə zərurət yaranıb. İlkin olaraq büdcədə neftin baza qiyməti 50 dollar/barelindən götürülüb:

"Həmçinin xərclərin təmin edilməsi üçün əlavə gəlir mənbələri tapılmalıdır".

S. Şərifov qeyd edib ki, əmək haqlarının artırılması, eyni zamanda məcburi köçkünlər üçün ərzaq müavinətlərinin verilməsi ilə bağlı maliyyə təminatının yaradılması, digər sosial müavinətlər üçün dövlət büdcəsinin xərclər hissəsində də müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranıb.

"Azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir. Gəlir mənbələrinin artımını təmin etməliyik. Bu məsələlər büdcə dəyişikliklərində əksini tapmalıdır", - deyə nazir bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 968


Oxşar xəbərlər