Baydenin Türkiyə səfəri: Hərbi təyyarə və gülləkeçirməz avtomobillər


18:20     20 Yanvar 2016 seferler.jpg

ABŞ prezidentinin köməkçisi Co Baydenin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə sabah planlaşdırılan səfəri diqqət mərkəzindədir. Səfərin bir özəlliyi də Amerikadan gələn heyətin mühafizəsi məqsədilə görülən təhlükəsizlik tədbirləri olub.


Cebhe.info xəbər verir ki, ABŞ-dan nümayəndə heyətindən əvvəl iki hərbi təyyarə, 5 gülləkeçirməz avtomobil gətirilib. Avtomobillər təyyarədən endirilərkən əşyalar digər avtomobillərə yüklənib. Təyyarədəki bəzi səlahiyyətlilər və mühafizəçilər isə avtobuslara mindirilib.

Baydenin səfərdə istifadə edəcəyi əşyaları, avtomobilləri, nümayəndə heyətinin bəzi üzvləri və mühafizəçiləri gətirən ABŞ-a aid iki yük təyyarəsi günorta saatlarında Atatürk Hava limanına enib.

Qeyd edək ki, Türkiyəyə səfərə gələn Bayden cümə günü prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. ABŞ rəsmisinin baş nazir Əhməd Davudoğlu ilə görüşəcəyi gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1202


Oxşar xəbərlər