Müəllimlər maaşlarını yeni sistemlə alacaq


18:31     20 Yanvar 2016 9C4A0AB1-3097-4948-914A-E3EA93A3AAF0_mw1024_s_n.jpg

“Prezident İlham Əliyevin təhsil işçilərinin əmək haqlarının 10 faiz artırılması barədə yanvarın 18-də imzaladığı sərəncam bütün təhsil işçilərinə şamil olunacaq. Sərəncam fevral ayının 1-dən qüvvəyə minəcək”.


Femida.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Nazir müavini bildirib ki, bununla bağlı hesablamalar aparılacaq:

“Eyni zamanda 2015-ci ilin noyabr və dekabr aylarında ölkənin 3 şəhər və əlavə olaraq 9 rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib ki, bu, 30 minə yaxın müəllimi əhatə edib. Ölkə başçısının 2015-ci il 16 yanvar tarixli sərəncamına uyğun olaraq həmin diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşları 2016-cı il yanvarın 1-dən Bakı şəhəri və əlavə olaraq qeyd olunan şəhər və rayonlarda dərs yükü normasının və əmək haqqının yeni artım qaydalarına uyğun hesablanması aparılacaq. Bununla da ölkə müəllimlərinin 40 faizi yeni sistemlə əmək haqqı alacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 1470