Ərdoğan Kılıçdaroğlundan təzminat istədi - 100 min


20:44     20 Yanvar 2016 erdogannn.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin aparıcı siyasi partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlundan 100 min lirə təzminat tələb edib.


Femida.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb K.Kılıçdaroğlunun prezident haqqında işlətdiyi ifadələr olub. CHP lideri yanvarın 19-da Türkiyə Böyük Millət Məclisinin qrup toplantısındakı çıxışında və şəxsi “Tvitter” hesabında Türkiyə prezidentinə qarşı bir sıra ittihamlar səsləndirib.

Həmin çıxışlarda Türkiyə prezidentinin şərəf və ləyaqətinin alçaldan ifadələrin olduğu iddia olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1038