Lerikdə pirə gələnlər yanğına səbəb oldular


22:15     20 Yanvar 2016 16e49528efdeb856151b4afe9adb5639.jpg


Bu gün Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində yanğın olub.

Femida.az xəbər verir ki, bu barədə virtualaz.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

İ.İbrahimova deyib ki, yanğın müəssisəyə məxsus Gülbəsər meşəbəyliyinin 7 saylı meşə dolayının 62-cı kvartalında baş verib.

Yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və yerli sakinlərin səyləri nəticəsində qısa müddət ərzində söndürülüb. Yanğın 60 sot ərazini əhatə edib və meşə fonduna ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

İlkin ehtimala görə yanğın Babagil Piri adlanan əraziyə gələn ziyarətçilərin səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində baş verib.

Açar sözlər:

Oxunub: 1035