Məktəb avtobusu yük maşını ilə toqquşdu: 9 yaralı


13:22     21 Yanvar 2016 avtobus%20toqq.PNG

ABŞ-da məktəb avtobusunun yük maşını ilə toqquşması nəticəsində 9 uşaq xəsarət alıb.


APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident İllinoys ştatının Biç-Park şəhərində qeydə alınıb.

Müxtəlif bədən xəsarətləri alan uşaqlar xəstəxanaya yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir. Qəza zamanı avtobusda 50 məktəbli olub.

Hadisənin başvermə səbəbi barədə hələ ki, məlumat verilmir. Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 1124