Prokurorluq orqanlarında işləmək istəyənlərə FÜRSƏT
15:30 08 Aprel 2015
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulu aprelin 24-dək davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Azərbaycanın Baş Prokurorluğu tərəfindən 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar prokurorluğa qulluğa qəbul olunmaq arzusunda olan namizədlərin sənədlərinin qəbulu davam etdirilir.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyularaq bu gün də uğurla davam etdirilən şəffaf və obyektiv meyarlar əsasında müsabiqə yolu ilə qulluğa qəbulun keçirilməsi yeni nəsil prokurorluq işçilərinin formalaşmasında mühüm vasitə olub, prokurorluq orqanlarının kadr heyətinin yüksək hazırlıqlı, zəruri peşə keyfiyyətlərinə və zəngin dünyagörüşünə malik gənc mütəxəssislər hesabına komplektləşdirilməsinə şərait yaradıb.
Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.
Sənədlər aprelin 24-dək qəbul olunacaq. Sənəd qəbulu yekunlaşdırıldıqdan sonra test imtahanının tarixi, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktların siyahısı və qulluğa qəbulla əlaqədar digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcək.
Müsabiqə ilə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə bağlı 437-28-56, 492-62-23, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə əlavə məlumat almaq olar.
Femida.az
Oxunub: 2511
Oxşar xəbərlər
- Prokurorluq Lökbatandakı partlayışla bağlı məlumat yayıb
- Prokurorluq meşədəki qətllə bağlı etiraz etdi
- Prokurorluq işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
- Prokurorluq etiraz etdi - Dəyişiklik qəbul edilmədi
- Prokurorluq əməkdaşı qəzaya düşdü - Vəziyyəti ağırdır
- Prokurorluq Əkrəm Həsənova xəbərdarlıq etdi
- Prokurorluq təmsilçiləri Bolqarıstanda olub
- Prokurorluq Masallıdakı sünnət faciəsini araşdırır
- Prokurorluq orqanlarında rəis müavini TƏYİNATI
- Prokurorluq və DİN birgə məlumat yaydı - Dəhşətli qətllə bağlı