“Şəhidlərin ruhunu siyasi alverə çevirmə...” – Partiya sədri Əli Kərimlini biabr etdi
18:21 21 Yanvar 2016
“Əli Kərimli şəhidlərin ruhuna hörmtəsizlik etdi” .
Bu sözləri Femida.az-a açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri bildirdi ki, bu kimi hərəkətlərlə şəhidlərimizin ruhunu şad etmək olmaz:
“Biz də partiya partiya dünən Şəhilər Xiyabanını ziyarət etdik. Bu bizim vətəndaş borcumuzdur. Lakin təəssüflər olsun ki, Əli Kərimli etdiyi bu əməllə şəhidlərimizin ruhuna böyük hörmətsizlik nümayiş etdirdi. Hər hansı partiyanın Şəhidlər Xiyabanını neçə nəfərlə ziyarət etməsinin elə də ciddi əhəmiyyəti yoxdur. Bu kimi hərəkətlərlə şəhidlərimizin ruhunu şad edə bilmərik. Onların ruhundan siyasi alver məqsədilə istifadə olunması yolverilməz haldır”.
Hafiz Hacıyev onu da vurğuladı ki, hamımız bu çətin dövrdə prezidentimizin yanında olmalıyıq:
“Xalq hər şeyi görür və kimlərin keçmişdə hansı oyunlardan çıxdığını yaxşı bilir. Xalqın gözü tərəzidir. Azərbaycan xalqı şəhidlərin ruhundan siyasi alver məqsədilə istifadə edənləri görür və lazımı qiyməti də verir. Belə bir çətin dövrdə hamımız prezidentimizin ətrafında birləşməliyik”.
Qeyd edək ki, Əli Kərimli və və digər AXCP-lilər Şəhidlər Xiyabanını ziyarət edərkən tədbirə qatılım sayını müzakirə predmetinə çeviriblər. Lakin tədbir zamanı çəkilmiş fotolara baxdıqda məlum olur ki, ortada şişirtmə və yalan məlumatlar var. AXCP üzvləri sosial şəbəkələrdə "Hər şey göz qabağındadır. Şəhidlər Xiyabanına Milli Şura böyük kütlə ilə qatıldı" kimi yazılar paylaşıb. Amma reallıq təbii ki, bunun əksini deyir. Çünki həmin fotolarda ortada dayanan şəxslər hərbi qulluqçular olub.
Ceyhun Əhmədli
Oxunub: 3573
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Özünü dənizə atan gəncin meyiti sudan çıxarıldı
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- “Qızıl Xaç” Baqdasaryana baş çəkib
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- Prezident açılışda