Komitə sədri qəbul keçirəcək


19:24     21 Yanvar 2016 1430890812_d74d6ba5544b1d8df6b29e6ef6d3aaf65.jpg

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.


Yanvarın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda bu şəhərin, eləcə də Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarının sakinlərini qəbul edəcək. Komitənin mətbuat xdmətindən Sİa-ya verilən xəbərə görə, qəbul Sumqayıt şəhərindəki Tarix Muzeyində (Sumqayıt şəhəri, 4-cü mikrorayon, Heydər Əliyev prospekti) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 830