İşsiz statusu alanların sayı açıqlandı RƏSMİ

İşsiz statusu alanların sayı açıqlandı RƏSMİ


20:13     21 Yanvar 2016 issiz88.jpg

Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,9 min nəfərdir.


Femida.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2016-cı il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin 38,6 faizini qadınlar təşkil edib.

İşsizlik statusuna malik olanların çoxu - 12 113-ü Bakı şəhəri üzrə qeydiyyata alınıb. İşsizlik statusuna malik olanların 1543-ü işsizliyə görə müavinət alır. İşsizliyə görə müavinətin orta məbləği 262,3 manat olub.

Femida.az

Açar sözlər:

Oxunub: 820