Əhalinin gəlirləri artıb


20:40     21 Yanvar 2016 account_0402131.jpg

2015-ci ildə ölkə əhalisinin gəlirləri 2014-cü illə müqayisədə 5,7 faiz artaraq 41,7 milyard manata çatıb. Bu barədə Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.


Gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4380,1 manat və ya ayda 365,0 manat təşkil edərək 4,5 faiz artıb.

Bu dövr ərzində gəlirlərin 72,1 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 15,9 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamda qalan gəlirləri 37,9 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövründəkindən 5,6 faiz çox olub.

Açar sözlər:

Oxunub: 983