Təbriz xəstəxanası azərbaycanlı körpənin meyitini vermir


21:30     21 Yanvar 2016 12607308_955953504496971_516850006_n.jpg

Təbrizdə xəstəxanada ölən 10 aylıq azərbaycanlı körpənin meyiti valideynlərinə verilmir.


Bunu Femida.az-a mərhumun əmisi Şəhriyar Dadaşov deyib. Onun sözlərinə görə, qardaşı oğlu Dadaşzadə Qorqud Rövşən oğlu dünən günorta saatlarında İran İslam Respublikasının Təbriz şəhərində "Kudakan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində ölüb və hazırda həkimlər 3200 manat borcu əsas gətirib, uşağın cəsədini verməkdən imtina edirlər.

Ş. Dadaşov qeyd edib ki, həkimlər əvvəlcədən uşağın müalicə xərci ilə bağlı onlara dəqiq bir söz deməyib. Belə ki, uşaq hələ sağ olanda həkimlər konkret məbləğ açıqlamayıb: `Uşaq öləndən sonra dedilər ki, sizin xəstəxanaya 15 min 500 manat borcunuz var. İranda hansısa xeyriyyə cəmiyyəti bu məbləğin böyük hissəsini ödəyib. Bəs sizin 3200 manat borcunuz var. Borcu ödəyəcəyiniz təqdirdə uşağın cəsədini verə bilərik`.

Ş. Dadaşov bildirib ki, bir həftə bundan əvvəl uşaq İranda sağalmışdı və qaraciyər və dalağındakı şiş çəkilmişdi: `Sonra dedilər ki, uşağa infeksiya düşüb. Həkimlər özləri deyir ki, uşaq gətirilən diaqnozla ölməyib. Xəstəxanada uşağın ağciyərinə infeksiya düşüb. Bundan başqa, 2-3 gün ərzində xəstəxanadakı bir neçə uşaq da həmin xəstəlikdən ölüb`.

Açar sözlər:

Oxunub: 1745