NATO Ukraynaya hərbi yardım göstərəcək


13:37     22 Yanvar 2016 natooo.PNG

NATO ölkələrindən qeyri-öldürücü silah-sursat Ukraynaya cari ilin birinci rübünün sonunda – ikinci rübün əvvəlində tədarük ediləcək.


Femida.az-ın xəbərinə görə, bu barədə Ukraynanın “Beşinci kanal” telekanalı məlumat yayıb.

“Söhbət müşahidə cihazları, rabitə vasitələri və tibbi ləvazimatlardan gedir. Bu barədə Brüsseldə səfərdə olan Baş Qərargah rəisi Viktor Mujenko bildirib”, deyə telekanalın saytında bildirilir.

Qeyd edək ki, Brüsseldə NATO Hərbi Komitəsinin iclasında iştirak edən Viktor Mujenko bir sıra ikitərəfli görüşlər keçirib. Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisi ABŞ, Kanada, Böyük Britaniya, Türkiyə Baş Qərargah rəisləri, NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı və Aİ Hərbi Komitəsinin rəhbəri ilə görüşüb.

Məlumata görə, görüşlərdə həmçinin Donbasdakı vəziyyət və Minsk sazişlərinin icrası müzakirə olunub.

Açar sözlər:

Oxunub: 749