Çaylarda vəziyyət necədir? SİYAHI


15:42     22 Yanvar 2016 8e5601aa75abe3fcedbbf9152ac7a29c.jpg

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-180, Kiçik Qafqazın çaylarında 100-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-90 faizini təşkil edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, yanvarın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 155 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 95 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 85 m3/s olmaqla, ongünlük normanın 127 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 47 m3/s təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.

Yanvarın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Salyanda 5 sm artım qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 437 sm (2015-ci il yanvarın 22-də 362 sm), Şirvanda 319 sm (2015-ci il yanvarın 22-də 237 sm), Salyanda 288 sm (2015-ci il yanvarın 22-də 204 sm), Bankədə 217 sm (2015-ci il yanvarın 22-də 198 sm), Araz çayının Novruzlu məntəqəsində isə 164 sm (2015-ci il yanvarın 22-də 113 sm) təşkil edir.

Açar sözlər:

Oxunub: 602