Prezident Davosda təltif edildi


19:25     22 Yanvar 2016 d26d6e025e024fc9242d43de83ce15b6.jpg

Azərbaycan prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabla görüşüb.


Femida.az- ın məlumatına görə, söhbət zamanı Dünya İqtisadi Forumunun əhəmiyyəti qeyd edilib, Azərbaycanın bu mötəbər tədbirdə fəal və davamlı iştirakı məmnunluqla vurğulanıb.

Həmçinin “İpək Yolu” layihəsinə dair məsələlər müzakirə olunub, hazırkı dövrdə regional və beynəlxalq aləmdə neftlə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə K. Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını prezident İlham Əliyevə təqdim edib.

Açar sözlər:

Oxunub: 1715