Mərkəzi Bank 98 milyon dollar satdı


20:04     22 Yanvar 2016 bank_albom_2609152.jpg

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.


AMB-dən Femida.az-a verilən məlumata görə, tənzimləyici tərəfindən hərraca 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

Hərracda iştirak edən 29 bank tərəfindən məcmu tələb 98,217 milyon dollar təşkil etdiyindən, sifarişlər 100% nisbətində təmin olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1007