Yeni quyu istismara verildi - “Neft Daşları”


23:28     22 Yanvar 2016 meshel_neft_dashlari_080615_014.jpg

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağındakı 1887 nömrəli özülündən 2286 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib.


Femida.az-ın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, quyu Məhsuldar Qatın IX horizontundan fontan üsulu ilə məhsul verib, 2107-2085 metr intervaldan sutkalıq 11 ton neft və 13 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Açar sözlər:

Oxunub: 1018