“Hər şey ondan başladı ki...” - Mirşahinin “Hesabat”la bağlı konfransı


23:54     22 Yanvar 2016 dsfdfdsf.jpg

Mirşahin MTRŞ-nın “Hesabat” qadağasıyla bağlı konfrans keçirib


ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev hazırda televiziyanın binasında Milli Televiziya və Radio Şurasının “Hesabat” verilişinə qoyduğu bir aylıq qadağa ilə bağlı mətbuat konfransı keçirib.

M.Ağayev bildirib ki, o mətbuat konfransını verilişin aparıcısı kimi təşkil edib:

“Bizim MTRŞ ilə münasibətlərimizin tarixi hamınızın gözünüzün qabağındadı. Bu qurum yaradıldıqdan bəri ANS-in bütün addımlarını qarabaqara izləyir. MTRŞ-nın fəaliyyyətində ANS-ə qarşı qərəzliliyini hiss etməmək mümkün deyil. Daha çox ANS-ə xəbərdarlıq olunur, daha çox ANS cəzalandırılır. Əvvəl də 17 günlük bağlanmışdı. Əslində 17 günlük yox, birdəfəlik bağlanmışdı. Prezident İlham Əliyevin müdaxiləsindən sonra fəaliyyət bərpa olundu”.

Mirşahin Ağayev qeyd edib ki, münasibətlərin bu formada gərginləşməsinə səbəb kanalın teleseriallara ayrılan vəsait üçün etdiyi müraciət olub:

"Hər şey ondan başladı ki, biz prezident tərəfindən teleseriallar üçün ayrılan vəsaitdən bizə çatacaq 40 min üçün müraciət etdik. Bundan sonra bizə qarşı proses başladı. Amma biz hələ də o müraciətin cavabını ala bilmirik. Mən bilmək istəyirəm ki, prezidentin teleseriallarla bağlı ayırdığı vəsait hara, necə ayrılıb".

Açar sözlər:

Oxunub: 1113