Rusiya Ermənistana qadağa qoydu


01:49     23 Yanvar 2016 publika.az1392378977et.jpg

Rusiya Ermənistandan bir sıra məhsulların ölkəyə idxalına qadağa qoyub.


Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Ermənistandakı qeyri-sabit epizootik vəziyyətlə əlaqədar bu ölkədən bir sıra kənd təsərrüfatı məhsullarının Rusiyaya aparılmasını müvəqətti olaraq dayandırıb.

Qadağaya səbəb kimi Ermənistanda heyvanlar arasında dabaq xəstəliyinin geniş yayılması və Rusiyada bu xəstəliyin yayılma riskinin yüksək olması açıqlanıb.

Rusiyaya idxalı dayandırılan kənd təsərrüfatı məhsulları arasında dabaq xəstəliyinə həssas donuz, öküz, camış, qoyun, keçi və bu heyvanların əti, eləcə də onlardan alınan genetik məhsullar var. Həmçinin süd və süd məhsulları, eləcə də dabaq viruslarını məhv edən texnologiya ilə işlənməmiş yun, dəri məmulatları da müvəqətti olaraq Ermənistandan Rusiya ərazisinə keçirilə bilməyəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 775