Azay Quliyev Azərbaycan-ABŞ əməkdaşlığından danışdı


00:51     23 Yanvar 2016 azay_guliyev_021214_134.jpg

22 yanvar 2016-cı il tarixdə Şirvan şəhərində yerli icma sakinlərinin, Şəhər İcra Hakmiyyətinin, bələdiyyə orqanlarının, İqtisadiyyat və Sənaye Nazirliyinin, USAİD-nin və yerli QHT-lərin iştirakı ilə yeni istifadəyə verilən növbəti infraskturktur layihənin açılış mərasimi olub.


Azərbaycan və ABŞ Hökumətlərinin birgə maliyyələşdirdiyi Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində yenidən bərpa olunan 1400 metrlik asfalt yol sakinlərin istifadəsinə verilib.

Tədbiri açıq elan edən Şirvan şəhər İcra Hakmiyyətinin başçısı Mərdan Camalov belə bir layihənin hazırlanıb şəhər sakinlərinin istifadəsinə verilməsindəki xidmətinə və əməyinə görə İV çağırış Şirvanın deputatı olan Azay Quliyevə təşəkkür edib. O, bildirib ki, Şirvan şəhərində yaxın vaxtlarda belə bir neçə infrastuktur layihələrin təqdimatı olacaq.

Toplantıya qatılan şəhər sakinləri, bu layihənin, məhz Şirvanda reallaşmasının təşəbbüskarı olan millət vəkili Azay Quliyevi səmimiyyətlə qarşıladılar. Millət vəkili layihənin uğurla başa çatmasına görə hər bir kəsi təbrik edib. A. Quliyev çıxışında, əvvəlcə Azərbaycan hökumətinin sakinlərin həyat şəraitinin yaxşılaşdırılması üçün regionlarda həyata keçirdiyi layihələrdən danışıb. Şirvanda reallaşan bir neçə infrasturktur layihəsini Azərbaycan- ABŞ çoxillik əməkdaşlıq, iqtisadi və siyasi işbirliyinin bariz nümunəsi kimi dəyərləndirən Azay Quliyev bu əməkdaşlığın Regionların İqtisadi İnkişafı üzrə Dövlət Proqramına töhfəsini xüsusi qeyd edib:
- Mən, Şirvanın deputatı olduğum vaxtlarda mənə məlumat verilirdi ki, Neftçilər icmasının icmadaxili yolunun bu hissəsi bərbad vəziyyətdədir. Yolun bu hissəsinin bərbad vəziyyətdə olması sakinlərə sosial-iqtisadi, təhsillə bağlı çətinlikər yaradırdı. Bu səbəbdən layihə üzərində işlənildi, Azərbaycan hökumətinin də iştirakçısı olduğu proqramı sayəsində Şirvan sakinlərinin daha bir problemi həll olundu.

ABŞ İnkişaf Agentliyinin (USAİD) ölkə üzrə direktoru, xanım Mikaela Meredit bu əməkdaşlıqdan məmnun qaldığını və Azay Quliyevə bu layihənin reallaşmasında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Xanım Meredit həmçinin yerli sakinlərə həyat şəraitlərini yaxşılaşdırmaq üçün var-gücləri ilə çalışdıqlarını deyib, təşəkkürünü çatdırıb.

Sonra SQİİ-nin ölkə üzrə direktoru Tim Mediqan, Ümid Sosial İnkişafa Dəstək İB-nin icraçı direktoru İsrail İskəndərov, Şirvan şəhər Birlik kənd İcma –İnkişaf Şurasının sədri Mehriban Əliyeva təbrik nitqi söyləyərək, əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Sonda tədbir iştirakçıları hazırda icrada olan digər layihələrin vəziyyəti ilə tanış olmaq aidiyyatı icmalara baş çəkdilər.

Açar sözlər:

Oxunub: 1045