Formula 1-in başlama saatı məlum oldu


02:28     23 Yanvar 2016 1744.jpg

19 iyun 2016-cı ildə Azərbaycanda ilk dəfə təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin başlama saatı bəlli olub.


Femida.az xəbər verir ki, yarışa yerli vaxtla saat 18:00-da start veriləcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə xəbər verir ki, Bakıda keçiriləcək Formula 1 yarışı ilə Fransada baş tutacaq 24 saat Le Man marafonu üst-üstə düşməyəcək. Məlumata görə, Le Man marafonu 19 iyun tarixində Bakı vaxtı ilə saat 17:00-da başa çatacaq.

Əməliyyat şirkəti ictimaiyyətin diqqətinə çatdırır ki, yarış günü Bakıda günəşin saat 21:14-də batacağı proqnozlaşdırılır və yarışın başlama vaxtı ilə günəşin batması arasındakı 3 saatlıq müddət imkan verir ki, Avropa Qran Prisinin hava qaralanadək yekunlaşsın.

Qeyd edək ki, 2016-cı il indiyədək ən çox Formula 1 yarışının olduğu mövsümdür. Beynəlxalq Avtomobil Federasiyasının (FİA) ötən il dekabrın 3-də açıqladığı məlumata görə, Avropa Qran Prisi yarış cədvəlinə əlavə olunandan sonra il ərzində Formula 1 üzrə keçiriləcək Qran Pri yarışlarının ümumi sayı 21-ə çatıb.

Açar sözlər:

Oxunub: 747