İranda güclü zəlzələ olub


13:40     23 Yanvar 2016 957247.jpg

İranın Fars vilayətində 5,4 bal gücündə zəlzələ baş verib.


Femida.az-ın verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:21-də qeydə alınıb.

Zəlzələnin episentri Darab şəhərindən 83 km cənub-şərqdə, ocağı isə 28 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Açar sözlər:

Oxunub: 1368