Ermənilər atəş açdı: Ağdam sakini yaralandı


14:40     23 Yanvar 2016 787efe13160cd5e7c9e402737350fa86.jpg

Ağdamda mülki vətəndaş erməni gülləsinə tuş gəlib.


Hadisə bu gün rayonun Təzəkənd kəndi ərazisində baş verib.

Ağdam rayon Güllücə kənd sakini 1958-ci il təvəllüdlü Fərəcov Məhəmməd Fərəc oğlu, təsərrüfatında suvarma işləri apararkən ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, həkimlər ilkin tibbi yardım göstərdikdən sonra məlum olub ki, güllə dərini zədələyib, lakin daxilə keçməyib.

Hazırda M. Fərəcovun səhhətində heç bir problem yoxdur. O xəstəxanadan evə buraxılıb. (Apa)

Açar sözlər:

Oxunub: 967