İcra başçısı səyyar qəbul keçirdi - FOTO


15:06     23 Yanvar 2016 463.JPG

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar-qəbul görüşü rayonun cəbhə xəttinə bir neçə yüz metr məsafədə yerləşən Şükürbəyli və Qazaxlar kəndlərində keçirilib.


Femida.az-a daxil olan məlumata görə, görüşdə Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova, rayonun idarə, müəssisə, təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Alı Alıyev bildirib, cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşən Şükürbəyli və Qazaxlar kəndləri fasiləsiz işıq, su, qaz ilə təmin olunub, hər iki yaşayış məntəqəsinə müasir asfalt örtüyü çəkilib, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün güzəşt və imtiyazlardan istifadə edirlər. Şükürbəyli və Qazaxlar kəndlərində məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Səyyar qəbul-görüşdə çıxış edən Bahar Muradova dünyada baş verən ictimai-siyasi proseslərdən danışıb, prezident İlham Əliyevin rəhbərliyi altında respublikada həyata keçirilən sosial-iqtisadi inkişafdan, ölkə başçısının məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Görüşdə kənd sakinlərinin problemləri dinlənilib, onları narahat edən məsələlər vətəndaşlarla birgə müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqların ictimai nəzarət qaydasında həll olunmasına çalışılıb.



Açar sözlər:

Oxunub: 1388