Tacikistan türkiyəli vəkilləri azad etdi - QALMAQAL


16:08     23 Yanvar 2016 turk-avukatlar-tacikistan-da-gozaltina-alindi--6537640.Jpeg


Tacikistanda polis tərəfindən saxlanılan İHH İdarə heyəti və Hüquqşünaslar Dərnəyi üzvləri İstanbula gəlib.
Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Beynəlxalq Hüquqşünaslar Birliyinin üzvü Əminə İldırım və tərcüməçi Zaur Beq dünən gecə saatlarında Düşənbədən istanbula gəlib. Xatırladaq ki, Türkiyədən olan hüquq müdafiəçiləri Tacikistanda qaldıqları oteldən polislər tərəfindən aparılmışdı. Onların hansı səbəbdən saxlanılması barədə açıqlama verilmir. Məsələ Türkiyə Xarici İşlər Nazirliyinin müdaxiləsindən sonra həllini tapıb.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 751