Serbiya TAP və TANAP layihələrinə qoşulacaqmı - AÇIQLAMA


20:56     30 May 2015 tanap.jpg

Bolqarıstana qaz kəmərinin çəkilməsi 2016-cı ildə başlayacaq.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Serbiyanın enerji və mədən naziri Aleksandar Antiç (Aleksandar Antić) deyib.

Onun sözlərinə görə, Serbiya qaz kəmərinin tikintisi üçün bütün mənbələrdən, xüsusən də Avropadakı fondlardan istifadə etməyə çalışır:

"Bolqarıstanla Serbiya arasında interkonnektorların (arabağlayıcı) tikintisi və Azərbaycan tərəfindən çəkiləcək qaz kəmərinə birləşdirilməsi bizim üçün prioritetdir. Bu Serbiyanın 2016-cı ildən etibarən Trans Adriatik Boru Xətti layihəsi (TAP) və Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsinə (TANAP) qoşulmasına şərait yaradacaq".

Serbiyanın "Türk Axını"na qoşulmaqda maraqlı olduğunu deyən A. Antiç ölkəsinin təchizatın şaxələndirilməsi işini yerinə yetirə biləcəyini açıqlayıb:

"Türk Axın"na gəldikdə isə, bu boru kəmərinin maliyyələşməsi ilə bağlı ciddi danışıqlar yoxdur. Serbiyanın məqsədiAvropa Birliyinin 3-cü enerji paketinə uyğun olaraq bütün bu enerji layihələrində tranzit ölkə kimi çıxış etməkdir".
Jurnalistlərin Serbiyanın son zamanlar Rusiyadan üz çevirərək ABŞ enerji layihələri ilə maraqlanmasına ilə bağlı suallarına aydınlıq gətirən A. Antiç təmsil etdiyi hökumətin məsuliyyətli və vətənpərvər addım atdığını deyib:"Serbiya həmişə açıq kartlarla oynayıb. Çünki biz istəyirik ki, təbii qaz mənbələri və marşrutlarının şaxələnməsini təmin edək".

Xatırladaq ki, iki gün öncə Serbiyanın Baş Naziri Aleksandar Vuçiç (Aleksandar Vučić) Rusiyadan qaz asılılığını azaltmaq, ABŞ tərəfindən dəstəklənən Azərbaycandan çəkiləcəyi boru xəttinə qoşulmağa hazır olduqlarını demişdi.

Açar sözlər:

Oxunub: 648