Xınalıq dilindən Çin dilinə qədər


02:06     24 Yanvar 2016 Capture87.JPG

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və dövlət müşaviri, akademik Kamal Abdullayevin baş redaktorluğu ilə 25 xalqın dilində nəşr olunmuş alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə dünya elminə təqdim etdiyi “Kitabi-Dədə Qorqud” Basatın Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabının bölgələrdə təqdimatı keçirilib.


Bilik Fondundan Femida.az-a verilən məlumata görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları bir həftə ərzində Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ağdaş, Ucar, Göyçay, Yevlax, Mingəçevir, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Goranboy, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında yerli icra orqanlarının nümayəndələri, məktəblilər, ziyalılar ilə görüşərək kitab barədə ətraflı məlumat veriblər.

Şamaxı rayonu Məlhəm kəndində tat, İsmayıllı rayonu İvanovka kəndində malakan, Qəbələnin Niç kəndində, Zaqatalanın Əliabad qəsəbəsi və Car kəndində udi, ingiloy, avar məktəbliləri ilə görüşlər keçirilib. Müxtəlif millətlərin nümayəndələri olan bölgə sakinləri “Kitabi-Dədə Qorqud”. Basatın Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabını maraqla qarşılayıblar. Görüşlərdə 25 dildə nəşr olunan “Kitabi-Dədə Qorqud”. Basatın Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabının Multikultiralizm ilində birgəyaşayış mədəniyyətimizin təbliğatı istiqamətində dəyərli istinad olduğu vurğulanıb.

“Kitabi-Dədə Qorqud”. Basatın Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabında Fridrix fon Dits Oğuz siklopunu Homerin qədim siklopu ilə müqayisə edib. 52 bənddən ibarət müqayisəli önsözdə “Kitabi-Dədə Qorqud” dastanının Homer üçün mənbə rolunu oynadığı bildirilir.

Açar sözlər:

Oxunub: 1421