Beynəlxalq Banka 600 mln. manat ayrıldı


20:10     23 Yanvar 2016 beynel.jpg

2016-cı ildə Azərbaycan Beynəlxalq Bankına əlavə 600 mln. manatın ayrılması planlaşdırılır.


Femida.az-ın verdiyi xəbərə görə, bu barədə “Moody’s” reytinq agentliyinin hesabatında qeyd olunub.

Bildirilir ki, hökumətin bu qərarı ölkənin ən böyük bankına dəstəyin vacib olduğunu göstərir.

“Kiçik bank sektoru da hökumətə bu sektoru dəstəkləmək üçün imkan yaradır. Lakin birbaşa kapital dəstəyi əlavə fiskal xərc ola bilər”, - deyə hesabatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 844