İranda etirazlar dalğası


21:27     30 May 2015 iran.jpg

İranın paytaxtı Tehranda nüvə proqramına dair 6-lıq ölkələri ilə aparılan danışıqlar prosesinə qarşı etiraz aksiyasi baş tutub.


Amerika Birləşmiş Ştatları ilə müzakirələrin əhəmiyyətsiz olduğunu bildirən fəallar hökumətin danışıqlarda həddən artıq güzəştli mövqe tutduğunu bildiriblər.

Aksiya iştirakçiları danışıqlarda ölkəni təmsil edən xarici işlər naziri Məhəmməd Cavad Zərifi təndiq atəşinə tutublar. İranda hətta bir sıra radikal siyasi qurumlar Zərifi ölkəyə xəyanət etməkdə ittiham ediblər. Mötədil siyasi partiyalar isə etirazların danışıqlara ziyan vuracağından ehtiyat etdiklərini bildiriblər. Aksiya zamanı fəallar Amerika Birləşmiş Ştatları və İsrailin bayraqlarını yandırıblar.

Qeyd edək ki, sabah İsveçrənin Cenevrə şəhərində Məhəmməd Cavad Zərif amerikalı həmkarı Con Kerri ilə nüvə proqramına dair görüş keçirəcək.

Açar sözlər:

Oxunub: 839