Türkiyədə zəlzələ oldu


18:34     23 Yanvar 2016 65285511541416271474deprem6.jpg

Türkiyənin 3 fərqli bölgəsində zəlzələ baş verib.


Femida.az-ın məlumatına görə, Türkiyənin Muğla vilayətinin Fəthiyə mahalında 4.0 bal gücündə zəlzələ baş verib. Türkiyənin Boğaziçi Universitetinin Kandil Rəsədxanasından və Zəlzələ İnstitutundan verilən məlumata görə, zəlzələ səhər 06:00 saatlarında Fəthiyənin Bakırköy kəndində, yerin 5 kilometr dərinliyində baş verib.

Məlumatda bildirilib ki, Çanaqqalanın Gülpınar sahillərində də 3.9 və 3.7 bal gücündə 20 dəqiqə fasilə ilə iki zəlzələ baş verib.

Eyni zamanda Vanın Baxçasaray vilayətində yerin 7 kilometr dərinliyində də 4.7 bal gücündə zəlzələ baş verib.

Zəlzələ zamanı yaralanan olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 857