Atletlər Bakıya toplaşır


23:59     23 Yanvar 2016 publika.az1432627066LAYIHE4.jpg

Yanvarın 28-də Bakıdakı Respublika Olimpiya Mərkəzində Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika idmanı (tullanmalar) üzrə səkkizinci beynəlxalq turnir start götürəcək. Yarışın proqramına əsasən, idmançılar uzunluğa tullanma, üçtəkanla tullanma, yakut tullanmalar üzrə mübarizə aparacaqlar.


Turnirdə Azərbaycan, Gürcüstan, Kuba, Qazaxıstan və Rusiya (Saxa Yakutiya) idmançıları yarışacaqlar.

Memoriala yanvarın 30-da yekun vurulacaq.

Açar sözlər:

Oxunub: 1230