Dollar yenə bahalaşdı - MƏZƏNNƏ


14:25     25 Yanvar 2016 1452259425_dollar-qalx3.jpg

Bu gün yanvarın 22-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi möhkəmlənib.


Femida.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 25-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 22-si ilə müqayisədə 0,0026 manat və ya 0,16% artaraq 1,6054 səviyyəsində müəyyən olunub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,05% və ya 0,0009 manat azalaraq 1,7356 manata düşüb.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0011 manat və ya 5,67% artaraq 0,0205 manata yüksəlib.



Femida.az

Açar sözlər:

Oxunub: 1681