DİQQƏT: Yollar buz bağlayacaq


16:38     25 Yanvar 2016 qar%20ucqunu9.jpg

Yanvarın 26-da Bakı və Abşeron yarımadasında arabir qar yağacağı, axşam qədər tədricən güclənəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, havanın temperaturu gecə 0-3 dərəcə, gündüz 0-2 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 987