Moskvada polisi öldürən azərbaycanlıdan xəbər var


01:54     31 May 2015 3cc5387a-fa3c-4f04-83dd-c136cae5f10b_292.jpg

Moskva şəhər Çertanovski rayon məhkəməsi yaxın vaxtlarda polis əməkdaşı Andrey Bannovun qətlində ittiham olunan Nemət Rəşidovun həbsi barədə məsələni nəzərdən keçirməyə başlayacaq.

Məhkəmənin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, müstəntiqin müvafiq vəsatəti artıq məhkəməyə daxil olub. Saxlanılan şəxsin özü də, məhkəmə iclasında iştirak etmək üçün gətirilib. N. Rəşidov artıq cinayəti törətdiyini etiraf edib.

Qeyd edək ki, mayın 27-də Moskva polisi içərisində ehtimal edilən cinayətkarın olduğu "Qazel"i təqib etməyə başlayıb. Maşını saxlayan zaman kişi polisə hücum edib və ona üç bıçaq zərbəsi endirib. O, daha sonra meşəyə qaçıb. 22 yaşlı polis əməkdaşı aldığı bıçaq yaralarından hadisə yerində keçinib.

Açar sözlər:

Oxunub: 715