Prezident Avstraliya xalqını təbrik edib


22:10     25 Yanvar 2016 Ilham-Aliyev8.jpg

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrova təbrik məktubu yollayıb.


Femida.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab General-Qubernator,

Ölkənizin milli bayramı – Avstraliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Avstraliya münasibətlərinin son vaxtlar genişlənməsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim sülh və firavanlıq arzulayıram”.

Açar sözlər:

Oxunub: 1078