Pensiyaların sığorta hissəsi artırılacaq

Pensiyaların sığorta hissəsi artırılacaq


23:13     25 Yanvar 2016 prezident%20imza%20pl247.jpg

Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.


Femida.az prezidentin saytına istinadən xəbər verir ki, ölkə başçısı pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq qərara alıb:

1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2016-cı ilin 1 yanvar tarixinə:

bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Açar sözlər:

Oxunub: 978