Messinin axtardığı uşaq tapıldı - FOTO


14:16     26 Yanvar 2016 messi%20heyrani5.jpg

“Messi 10” yazılı sellofanla fotosu yayılan uşaq tapılıb.


Bu barədə Femida.az xarici mediaya istinadən xəbər verir.

Həmin uşaq uzun müddət idi ki, həm Messi, həm də dünya futbolsevərləri tərəfindən axtarılırdı.

Uzun axtarışlardan sonra uşağın İraqın Duhok şəhərinə bağlı kesare kəndində yaşadığı məlum olub.

Human Ali adlı bu uşaq Messi heyranı olduğunu və hər gecə Messinin forması ilə yatdığını deyib.

Aliyə orijinal Messi forması hədiyyə edilib.



Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 5368


Oxşar xəbərlər