Süni intellektin yaradıcılarından biri vəfat etdi


22:32     26 Yanvar 2016 lentt.az.jpg

Məşhur amerikalı alim, süni intellektin yaradıcılarından biri Marvin Li Minski (Marvin Lee Minsky) 88 yaşında Bostonda vəfat edib.


lent.az-ın “The New York Times”a istinadən verdiyi məlumata görə, alim beyninə qan sızması nəticəsində ölüb. O, ölümündən sonra beyninin dondurulmasını və gələcəkdə yenidən “dirildilməsini” vəsiyyət edib və bu barədə xüsusi müqavilə imzalayıb.

M. Li Minski 1927-ci ildə Nyu-Yorkda, yəhudi ailəsində doğulub. ABŞ hərbi donanmasında xidmət edib, Harvard və Prinston universitetlərində elmi araşdırmalar aparıb. O, ilk optik skanerləri, robot texnikasının inkişafına səbəb olan ilk taktil (toxunulmaqla duyulan) manipulyatorları, 1951-ci ildə ilk süni neyron şəbəkəsi “Snarc”ı yaradıb. 1956-cı ildə alim hələ də biologiyada geniş istifadə olunan konfokal mikroskopu kəşf edib. 1959-cu ildə o, Con Makkarti ilə birlikdə Massaçusets Texnologiya İnstitutunda (MİT) süni intellekt laboratoriyası açıb. Bu laboratoriya müasir kompüter sənayesinin inkişafına ciddi təsir göstərib. Belə ki, məhz Marvin Li Minski ilk dəfə rəqəmsal informasiyanın sərbəst yayılması ideyasını irəli sürüb.

Professor ölənə qədər MİT-də çalışıb.

Açar sözlər:

Oxunub: 1163